Xəzər Xəbər

Sahibə Qafarova: Fransa regionu yeni təhlükələrə sürükləyir VİDEO

Veb TV | 20:12 • 2 Dekabr 2022
Sahibə Qafarova: Fransa regionu yeni təhlükələrə sürükləyir

"Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla və ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir. “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk",- deyə spiker bildirib.

Millət vəkilləri bildiriblər ki, Əlcəzair və Afrikanın digər ərazilərində soyqırımlarına imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur.

Qeyd edək ki, plenar iclasda gündəlikdə olan 18 məsələ müzakirə edilib. Müzakirə zamanı millət vəkili Siyavuş Novruzov Naxçıvanda bas verən son proseslərə diqqət çəkib.

"Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir",- deyə Siyavuş Novruzov vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti