Xəzər Xəbər

Şamaxıda müəllim şagirdi döyüb? - İDDİA və CAVAB VİDEO

Araşdırma aparılır
Veb TV | 20:26 • 2 Dekabr 2022
Şamaxıda müəllim şagirdi döyüb? - İDDİA və CAVAB

Şamaxıda 7-ci sinif şagirdinin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, məktəbli iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.

Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.

Şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib. O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.

Məsələyə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.

Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar