Xəzər Xəbər

Urmiya gölünün 95 faizi quruyub VİDEO

"Molla rejimi təkcə azərbaycanlıların yox, təbii sərvətlərimizin də qəsdinə durub"
Veb TV | 21:36 • 30 Noyabr 2022
Urmiya gölünün 95 faizi quruyub

''Hazırda Urmiya gölünün 95 faizi quruyub''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Fransada yaşayan azərbaycanlı tədqiqatçı, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli Bakıda keçirilmiş ''Urmiya gölünün harayı'' adlı dəyirmi masada bildirib.

Onun sözlərinə görə, İranın gölü qurutmağa çalışması molla rejiminin təkcə azərbaycanlıların yox, təbii sərvətlərimizin də qəsdinə durduğunu göstərir.

Dəyirmi masada iştirak edən Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" İnsan Haqları Komitəsinin həmtəsisçisi Maşallah Rəzmi bildirib ki, gölün quruması və duzlaşması səbəbindən ətraf kəndlərdə yaşayan 14 milyon insanın vəziyyəti ağırdır və onların həmin ərazidən köçürülməsi artıq labüddür. Maşalllah Rəzminin sözlərinə görə, İran hakimiyyətinin məqsədi də elə bu idi: Azərbaycanlıları həmin ərazidən didərgin salmaq.

Maşallah Rəzmi vurğulayıb ki, UNESCO Urmiya gölünün qurumasının qarşısının alınması üçün vəsait ayırsa da, İran ayrılmış maliyyəni aiddiyyəti üzrə xərcləməyib. Mütəxəssis əlavə edib ki, rəsmi Tehran ekoloji fəlakətə bilərəkdən yol açır.

Qeyd edək ki, Urmiya gölündə yaşanan ekoloji böhranla bağlı 2011-ci ildə güneyli soydaşlarımızın kütləvi etirazlarından sonra dövlət komissiyası yaradıldı. Lakin su hövzəsinin bərpası layihəsi parlamentdə heç müzakirəyə çıxarılmadı.

Bütün bunlar bir daha onu göstərir ki, molla rejimi azərbaycanlıların kökünü kəsmək üçün ekoloji amildən də istifadə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti