Xəzər Xəbər

Qanuna dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir VİDEO

Veb TV | 20:57 • 30 Noyabr 2022
Qanuna dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir

"Yol hərəkəti haqqında" qanuna son dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir.

Xezerxeber.az-ın məlumatına görə, bunu ekspert Ərşad Hüseynov deyib.

Ekspert layihədə motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirildiyini deyib.

Ə.Hüseynov bildirib ki, qanunda edilmiş dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur. Mopedləri yenə də əvvəlki  qaydalara  uyğun idarə  etmək mümkün olacaq.

Ekspert bildirib ki, hazırda təkcə yanacaqla yox, elektirklə işləyən ikitəkərli  nəqliyyat vasitələri də var: “Bu nəqliyyat vasitələri ilə bağlı olan mövcud  boşluqlar da aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna ediləcək düzəlişlər 1-ci oxunuşda qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti