Xəzər Xəbər

Ermənilərin törətdikləri yanğınlarla bağlı cinayət işləri başlanıb AÇIQLAMA/VİDEO

Veb TV | 19:45 • 19 Avqust 2022
Ermənilərin törətdikləri yanğınlarla bağlı cinayət işləri başlanıb

İşğaldan azad edilmiş ərazilərdə meşələrin yandırılaraq məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

ki, sosial şəbəkə səhifələrində Laçın, Xocalı və digər rayonlarda ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb.

Yayılan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

Kənan Zeynalov əlavə edib ki, 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə zərər vuran və qiymətli, çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlər məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, bir neçə gündür Laçın və ətraf kəndləri boşaldan ermənilər silsilə yanğınlar törədirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti