Xəzər Xəbər

Azərbaycanda abortların sayı kəskin artıb VİDEO

Bir ildə 12 mindən çox abort olub
Veb TV | 20:12 • 19 Avqust 2022
Azərbaycanda abortların sayı kəskin artıb

Azərbaycanda rəsmən qeydə alınan abort sayında kəskin artım baş verib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci ildə 47 min abort qeydə alınıb, 2020-ci ildə bu rəqəm 34 min 700 olub.

Müqayisə bir ildə abort sayının 12 mini keçdiyini deməyə əsas verir.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim -mamaginekoloqu  Xəyalə Təhməzova bildirib ki , abortların artmasının ana və döl tərəfdən olan göstərişlər, anada olan müxtəlif xəstəliklər, digər orqan xəstəlikləri, inkişafdan qalma halları, ailə vəziyyəti və s. səbəbləri var.

Həkim-mamaginekoloq xüsusilə də selektiv abortların fəsadları ilə bağlı daim monitorinqlərin  aparıldığını bildirib.

"Hamiləliyin həftəsi nə qədər böyük olarsa, abortun fəsadı da o qədər böyük olar",- deyə o vurğulayıb.

Qeyd edək ki, ötən il Azərbaycanda hər 1000 qadına 18 abort düşüb. 2020-ci ildə bu rəqəm 13.3 idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti