Xəzər Xəbər

Türkiyədə pitbull dəhşəti: 5 şagirdə xəsarət yetirdi VİDEO

Veb TV | 13:30 • 2 Dekabr 2021
Türkiyədə pitbull dəhşəti: 5 şagirdə xəsarət yetirdi
Türkiyədə pitbull cinsindən olan it şagirdlərə hücum edib.
 
Hadisə Kocaelinin Darıca bölgəsində baş verib. Belə ki, sahibsiz pitbull Aslan Sement Texniki və Sənaye peşə liseyinin həyətinə daxil olub, şagirdlər panikaya düşüblər. Qorxu içində qaçan uşaqları təqib edən pitbull onlardan 5-nə xəsarət yetirib. 
 
Bununla bağlı təcili yardıma və Darıca Bələdiyyəsinə məlumat verilib, hadisə yerinə dərhal sağlamlıq və polis qrupları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. 
 
Dəhşətli olaya səbəb olan it isə sığınacağa aparılıb.
 
Digər tərəfdən pitbullun bir qızı qovub dişlədiyi, uşaqların qaçdığı anlar lentə alınıb. Görüntülərdə əlində çubuq olan müəllimlərdən birinin azyaşlıları qorumaq əvəzinə, iti müşahidə edən bəzi şagirdləri vurmağa çalışması diqqət çəkib./Sfera.az
 

Xəbər lenti