Xəzər Xəbər

Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu AÇIQLAMA/VİDEO

"Əhalinin bütün kateqoriyalarının sosial rifahı xeyli dərəcədə yaxşılaşacaq"
Veb TV | 37,199 | 19:33 • 17 Oktyabr 2021
Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.

Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.

"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti