Xəzər Xəbər

Qubada ağır qəza - 4 ölü, 1 yaralı var VİDEO

Veb TV | 19:55 • 17 Oktyabr 2021
Qubada ağır qəza - 4 ölü, 1 yaralı var

Qubada idarəetmədən çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəzada 4 nəfər dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Rayonun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Allahverdiyevin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobil ağaca elə güclü çırpılıb ki, həmin an çıxan səs yaxınlıqda olan evlərdə eşidilib.

Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumata görə,  müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Məhəmməd Allahverdiyevin, 1973-cü il təvəllüdlü Kamil Allahverdiyevin və 1969-cu il təvəllüdlü Şamil Məmmədrəhimovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti