Xəzər Xəbər

Dörd piyada avtomobillə vurularaq öldürülüb VİDEO

Veb TV | 19:49 • 2 Avqust 2021
Dörd piyada avtomobillə vurularaq öldürülüb

Goranboyda yolu keçən 57 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki,hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonun Borsunlu kəndindən keçən hissəsində baş verib.

Mikroavtobus 1964-cü il təvəllüdlü Qüdrət Tanırverdiyevi vurub. Rayon sakini ağır bədən xəsarətləri aldığından hadisə yerində dünyasını dəyişib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Goranboyda daha bir piyadanı avtomobil Dəlimmədli şəhəri ərazisində vuraraq öldürüb.

Bakı-Qazax avtomagistralında yolu keçən 63 yaşlı Ülkər Əliyevanı minik maşını vurub, yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün morqa təhvil verilib.

Daha bir piyada ölümü Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Yolu digər tərəfə keçmək istəyən 36 yaşlı Samir Əsgərovu minik maşını vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.

Xaçmazda da avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Xudat-Nabran yolunda qeydə alınıb. Xudat qəsəbə sakini 1978-ci il təvəllüdlü Mais Sabir oğlu Qasımovu avtomobil vurub. Piyada hadisə yerində ölüb.

Bütün  faktlarla  bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:    

Xəbər lenti