Xəzər Xəbər

Subsidiya alıb taxıl əkdilər - İndi əkdikləri sahəni biçə bilmirlər VİDEO

Veb TV | 19:28 • 31 İyul 2021
Subsidiya alıb taxıl əkdilər - İndi əkdikləri sahəni biçə bilmirlər

Qubada bütün taxıl sahələri biçilib, təkcə Utuq  kəndin sahələrindən başqa. Rayonda 50 ədəd kombayn olsa da bu sahələri biçə bilmir. Bəs buna səbəb nədir? Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıblar.

Subsidiya alıb taxıl əkdilər. Amma indi əkdikləri sahəni biçə bilmirlər.

Qubanın Utuq kəndində xeyli düzən sahələr var ki, bu da əkinə yararlıdır. Hətta kəndlilərə subsidiya da ayrılıb ki,  əkin biçindən yararlana bilsinlər. Amma kənlilərin problemi daha fərqli aspektdə irəliləyib.

Utuq kəndi rayon mərkəzindən 70 km uzaqlıqda yerləşir. Xaltan İnzibati vahidliyinə daxil olan Utuqlular bildirirlər ki, əkilən buğda artıq yetişib, tökülmək üzrədir. lakin kəndlilər konbayn tapa bilmirlər. Rayonun özündə konbayn çox olsa da bu dağlıq kəndə gəlmir.
 
Sakinlər bildirirlər ki, buğdanı qədimdə olduğu kimi oraqla biçməyə məcburdular. Hal hazırda da oraqla biçilir. 

Məsələ ilə bağlı Aqroservisin Quba rayon şöbəsinə getdik. Qurumdan bildirdilər ki, servisdə dağ konbaynları yoxdur. Dislokasiyaya əlaqədar Şabran və Siyəzən rayonlarından üç ədəd  dağ konbaynı rayonun dağ kəndlərinə göndərilib. Lakin, Utuq kəndinə getmək üçün yol olmadığına görə konbayn gedə bilmir.

Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tarıyel İbrahimov isə XəzərXəbərə bildirdi ki, sakinlərə qabaqcadan xəbərdaqlıq olunub ki, orada  taxıl əkməsinlər. Ancaq yenədə 30- hektara yaxın taxıl əkilib. İndi onların çarəsi taxılı dəryazla biçib, həmin taxılı qılçıqdan ayırmaq üçün yolda dayanan konbayınlara verməkdir.

Xəbər lenti