Xəzər Xəbər

Azərbaycanda benzinin qiyməti qalxdı VİDEO

Veb TV | 677 | 19:43 • 31 İyul 2021
Azərbaycanda benzinin qiyməti qalxdı

Bu gün səhər 08:00 radələrindən "Aİ-95" premium markalı benzinin qiyməti qalxıb. Bu markalı yanacağın 1 litri 1 manat 45 qəpikdən satılır.  Yayın əvvəlində "Aİ-95"  markalı benzinin qiyməti 1 manat 40 qəpik idi. Yəni 1 ay yarım  vaxt ərzində "Aİ-95" markalı benzinin qiyməti iki dəfə dəyişib. Aidiyyəti təşkilatlar bahalaşmanı bu benzinin idxal qiymətinin artması ilə əlaqələdiriblər.

"Aİ-95" markalı benzinin qiyməti qalxdı.

Bu gün səhər 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzinin 1 litri 1 manat 45 qəpikdən satılmağa başlayıb. "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, bahalaşmanın səbəbi bu yanacaq növünün idxal dəyərinin artırılması ilə əlaqədardır

Sürücülər isə bildirirlər ki, "Aİ-95" markalı benzinin ölkəmizdə istehsal edilməsi daha məqsədəuyğundur.

Üzeyir Həbibbəyli 20 günə yaxındır ki, "Aİ-98" markalı benzinin satışındakı problemə də münasibət bildirib. 

Artıq Gürcüstandan Aİ-98 markalı benzin sifariş verilib və o, 4-5 avqustdan etibarən satışa çıxarılacaq. Gələcəkdə belə halların yaranmaması üçün isə benzinsaxlama anbarlarının sayı artırılacaq.

 

Xəbər lenti