Xəzər Xəbər

Şəhid Sərxan Məmmədov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 19:33 • 22 İyun 2021
Şəhid Sərxan Məmmədov Vətən müharibəsində böyük şücaət göstərib

44 günlük Vətən müharibəsində möhtəşəm qələbədə pay sahibi olanlardan biri də Yevlaxın Nemətabad kənd sakini Sərxan Məmmədovdur.

Xezerxeber.az-ın məlumatına görə, Sərxan Məmmədov 1993-cü il noyabrın 4-də anadan olub.

Hələ uşaq yaşlarından idmana böyük marağı olan Sərxan karate üzrə bir sıra nailiyyətlər qazanıb. Hərbi xidmətdə olarkən vətənpərvərliyi və nümunəvi davranışları ilə hər kəsin hörmətini qazanıb. 2020-ci ildə isə yenidən MAXE kimi ordu sıralarında xidmətə başlayır.

Sərxan Məmmədov Vətən müharibəsinə Tərtər -Suqovuşan istiqamətindən qoşulub. Ağır döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənə qan uddurub. O, ötən il oktyabrın 13-də döyüşlərin birində komandiri ilə birgə ən yüksək zirvəyə, şəhadətə yüksəlib.

Sərxan Məmmədov 2016-cı ildə Əfsanə Murtuzayeva ilə ailə qurub. Daim həyat yoldaşına torpaqlarımızı azad edərək, şəhid olmaq arzusunda olduğunu deyirmiş.

27 yaşında ən uca zirvəyə yüksələn Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti