Xəzər Xəbər

Polis əməliyyat keçirib, narkotik satan şəxslər tutulub VİDEO

Veb TV | 21:24 • 10 İyun 2021
Polis əməliyyat keçirib, narkotik satan şəxslər tutulub

Sumqayıtda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat zamanı ana və qızı saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Qəmər Cəfərovanın üzərindən 11 qram heroin və psixotrop maddə "metamfetamin" aşkar olunaraq götürülüb.

O, ifadəsində narkotik vasitələrin bir hissəsinin qızı Sədat Cəfərovanın evində olduğunu bildirib. Məsuliyyətdən yayınmaq istəyən Sədat narkotik vasitələri 18 yaşlı qızına verib və ona evi tərk etməyi tapşırıb.Yeniyetmə polislər tərəfindən binanın çıxışında saxlanıb. Qızın əlindəki bağlamaya baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 700 qram olan müxtəlif narkotik vasitələr və satışı qadağan edilmiş 141 ədəd həb aşkar olunaraq götürülüb.

Qadınlara məxsus narkotikin satışını həyata keçirən şəxs, əvvəllər məhkum olunmuş Orxan Sultanov da saxlanıb. O ifadəsində narkotik vasitələri Sədat Cəfərovadan satmaq məqsədi ilə aldığını etiraf edib.

Sumqayıt polisinin həyata keçirdiyi növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəşad İbrahimli də tutulub. Onun üzərinə baxış zamanı ümumilikdə 628 qram heroin və metamfetamin, eləcə də, 8 ədəd "Metadon" həbi aşkar edilib.

Cəlilabad polisi isə narkotik tərkibli çətənə bitkilərini yetişdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfa Qaraşovu saxlayıb. Onun Şıxlar kəndindəki evinin həyətində kultivasiya yolu ilə becərdiyi 436 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sadalanan faktlarla bağlı bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti