Xəzər Xəbər

“Məşğulluq marafonu”na start verilir VİDEO

Veb TV | 21:58 • 10 İyun 2021
“Məşğulluq marafonu”na start verilir

Şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar yerli məşğulluq orqanlarına çatdırılacaq. Şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar işəgötürənlərlə müzakirə olunacaq və işəgötürənlərin tələblərinə cavab verən şəxslər işə götürüləcək. 

Xezerxeber.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gündən nazirlikdə və yerli qurumlarda proqramın icrasına başlanılıb: "Məşğulluq marafonu”nda həm şəhid ailə üzvləri, həm də yaralanmış qazilər iş üçün müraciət edə bilərlər. İş üçün yaş məhdudiyyəti 65 yaşa qədərdir, bu yaşa qədər müraciət edən şəxslər işlə təmin oluna bilər. Həmin şəxslər nazirliyin özündə və yerli qurumlarında da işlə təmin oluna biləcəklər”.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalar barədə məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti