Xəzər Xəbər

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verib VİDEO

Veb TV | 20:32 • 9 May 2021
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verib

İkinci dünya müharibəsindəki möhtəşəm qələbənin qazanılmasında Azərbaycanın xüsusi rolu olub. Rəsmi mənbələrdə Azərbaycanın 350 min nəfər itkisi olduğu yazılsada, tarixçilər bu itkilərin daha çox olduğu qənaətindədir. Bununla yanaşı Azərbaycandan keçən cənub kooridoru ilə SSRİ üçün xüsusi əhəmiyyət kəsb edən silah sursat daşınıb.

2-ci dünya müharibəsində Azərbaycanlılar  istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər.  Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində Respublikamızı təmsil edən 170 mindən çox döyüşçü orden və medallarla təltif edilib, 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib.  Qələbənin təmin olunmasında Bakı neftinin əvəzsiz rolu olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Bütün bunlar bir amala xidmət edib- Faşizmə son qoymaq!  

Tarix elmləri doktoru , millət vəkili Musa Qasımlı  qələbədən  75 il keçsə də hazırda tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillərin müşahidə edildiyini diqqətə çatdırır.  MDB məkanda xüsusilə də Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir. 

Bu il Azərbaycanda 9 may günü  tam fərqli , ikiqat qələbə kimi qeyd olunur. 2-ci dünya müharibəsinin qəhrəman şəhəri Bakı idisə, bu dəfə bütöv Azərbaycan qələbə çaldı. Ölkəmiz 44 günlük vətən müharibəsində qəhrəmanlıqla torpaqlarını işğaldan azad etdi və Vətən müharibəsinin Qalibi oldu. Azərbaycan regionun xilaskarı missiyasını öz üzərinə götürərək faşist Njdenin tərəfdarlarına  da döyüş meydanında layiq olduqları dərsi verdi. Beləliklə faşizmdən bəhrələnməyə çalışan bir dövləti əbədi  məğlubiyyətə məhkum etdi.

Xəbər lenti

Çox oxunanlar