Xəzər Xəbər

Şəhid Şirzad Mirzəyev Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib video

Veb TV | 19:50 • 23 Aprel 2021
Şəhid Şirzad Mirzəyev Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib

Onun da Vətən müharibəsində əldə olunan parlaq, tarixi qələbədə payı var.

Xezerxeber.az-ın məlumatına görə, Göygöl rayonu, Qarabulaq kəndində doğulub-böyüyən Şirzad Mirzəyev Qarabağın azadlığı uğrunda canını fəda etdi.

Ötən il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qatılandan 4 ay sonra Vətən müharibəsi başladı.

Vətən müharibəsində Şirzad düşmənə qan udduran qəhrəmanlarımızdan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

İndi Şirzad Mirzəyevdən miras qalan müqəddəs şəhid adı doğmaları, bütün el-obası üçün hər zaman qürur verən bir əmanətdir.

Şəhid Şirzad Mirzəyevin torpaqlarımızın azadlığı uğrundakı qəhrəmanlığı yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar