Xəzər Xəbər

İcabri tibbi sığortanın tətbiqində çatışmazlıqlar var video

Veb TV | 20:55 • 23 Aprel 2021
İcabri tibbi sığortanın tətbiqində çatışmazlıqlar var

İcabri tibbi sığortanın tətbiqində çatışmazlıqlar var. Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, əgər vergi ödənilirsə, vətəndaş pullu müalicə almalı deyil. Vətəndaş müalicə alacağı xəstəxananı və həkimi özü seçməlidir.

Millət vəkili Bəhruz Məhərrəmov isə  şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində mövcud hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, şəhidin adının küçə, meydan, məktəb və digər  formada əbədiləşdiirlməsi üçün Nazirlər Kabinetinin 1994 cü il 10 saylı qərarına düzəliş edilməlidir. Qərara əsasən, şəhid və ya Milli Qəhrəman, yaxud Vətən uğrunda döyüşlərdə iştiraka görə iki medalı olmalıdır.

Plenar iclasda Zəngəzur dəhlizinin yaradılmasının önəmi də diqqətə çatdırılıb. Millət vəkilləri Zəngəzurun Ermənistana hansı şəraitdə və necə verilməsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının önəmli olduğunu bildiriblər.

Qeyd edək ki, iclasda Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatını da qəbul edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti