Xəzər Xəbər

Köməksiz vəziyyətdə qalmış 9 nəfər xilas edilib video

Veb TV | 12:02 • 11 Mart 2021
Köməksiz vəziyyətdə qalmış 9 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 35 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ötən sutka köməksiz vəziyyətdə qalmış 9 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 3 nəfər yanıq xəsarəti alıb.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti