Erməni əsirliyindən qaytarılanlardan biri də Vətən müharibəsinə könüllü qatılan, Şuşa ətrafında gedən döyüşlər zamanı yaralanaraq düşmən əlinə keçən Bayram Kərimovdur.
Xezerxeber.az-ın məlumatına görə, 40 gündür ki, həsrətlə yolunu gözləyən doğmaları artıq Bayramı qarşılamağın sevincini yaşayırlar.
Ağstafa rayon sakini Amin Musayevin əsirlikdən azad olunaraq vətənə gətirilməsi bu hərbçimizin də ailəsində bayram əhval-ruhiyyəsi yaradıb. Hər kəs Aminin anasına və dayısına gözaydınlığı vermək üçün tələsir.
Gözünün ağı-qarası bir oğlunun əsirlikdən azad olunmasına sevinən Hicran ana deyir ki, Aminin əsirlikdən qurtulub, vətənə qaytarılacağına bir an belə şübhə etmirdi.
Amin Vətən müharibəsinə könüllü olaraq qatılıb və Şuşa uğrunda gedən döyüşlərdə ayağından yaralanaraq əsir düşmüşdü.
Qeyd edək ki, əsirlər dünən günorta saatlarında təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra onlar ailələrinə qovuşacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: