Xəzər Xəbər

Münaqişənin nizamlanması ilə bağlı şərtləri Azərbaycan müəyyən edir - VİDEO

Veb TV | 21:25 • 9 Oktyabr 2020
Münaqişənin nizamlanması ilə bağlı şərtləri Azərbaycan müəyyən edir -

Azərbaycan Ordusunun cəbhədəki uğurları Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan baş naziri Nikol Paşinyanın irəli sürdüyü bütün şərtləri darmadağın etdi.

Bunu təmin edən isə Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğuna ayırdığı diqqət və əks-hücum əməliyyatlarının həyata keçirilməsi ilə bağlı nümayiş etdirdiyi qəti siyasi iradədir.

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirir ki, Ermənistan tərəfi bu gün illərdir, etdikləri haqsızlığın, o cümlədən Azərbaycan torpaqlarını işğal altında saxlamağın cəzasını layiqincə alır.

Peşəkar Azərbaycan Ordusunun uğurları diplomatiya sahəsində də yeni şərait yaradıb. Artıq istənilən zaman danışıqlar başlasa, şərtləri Azərbaycan müəyyən edəcək. Şərt isə yalnız Ermənistanın işğalçı qüvvələrinin bütün Azərbaycan torpaqlarından çıxmasından və bunun üçün konkret vaxt cədvəli təqdim etməsindən ibarətdir.

Araz Əlizadə təzyiqlər güclü olsa da, dövlət başçısının bunlara qarşı qətiyyətli mövqe nümayiş etdirməsini Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olması ilə əlaqələndirir.

Qeyd edək ki, güclü Azərbaycan Ordusu 30 il ərzində Ermənistan ordusunun möhkəmləndiyi mövqeləri darmadağın edərək, bu ölkənin hərbi arsenalının əsas hissəsini tamamilə məhv edib. Ermənistana hələ on illər lazım olacaq ki, öz ordusunu müharibədən öncəki vəziyyətinə qaytara bilsin. Cəbhədəki uğurlar həm döyüş meydanında, həm də siyasi arenada kimin güclü olduğunu artıq nümayiş etdirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar