Xəzər Xəbər

Ermənilər Ağdamda yaşayış məntəqələrini atəşə tutub VİDEO

Veb TV | 13:17 • 1 Oktyabr 2020
Ermənilər Ağdamda yaşayış məntəqələrini atəşə tutub

Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.

Xezerxeber.az-ın məlumatına görə, düşmənin növbəti hədəfi Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Baharlı qəsəbəsi olub. Mərmilərin düşməsi nəticəsində qəsəbədə məcburi köçkünlərin yaşadığı onlarla ev dağılıb, mal-qara tələf olub.

Bundan əlavə, Ermənistan ordusunun atdığı top mərmisi Ağdamın Gül Baharlı və Ayaq Qərvənd kənd tam orta məktəblərinə ziyan vurub.

Azərbaycan silahlı qüvvələri isə fərqli olaraq düşmənin müdafiə istehkamlarını atəşə tutur. Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti