Xəzər Xəbər

Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında VİDEO

Veb TV | 21:00 • 15 Sentyabr 2020
Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında

Ölkəmizdə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü qeyd olunur. Bununla bağlı bir sıra mərasimlər keçirilib. Bakıda şəhidlər xiyabanı və türk şəhidliyi ziyarət olunub, Gəncədə isə Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşu keçirilib.

 

 

15 sentyabr ölkəmizdə bakının işğaldan xilas olunduğu gün kimi qeyd olunur. Bu gün həmin tarixdən 102 il keçir. Bununla bağlı Bakıda və Gəncədə anım mərasimləri keçirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Bakıda şəhidlər xiyabanı və türk şəhidliyi ziyarət olunub. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özaral bu şanlı tarixlə bağlı fikirlərini bölüşüb:

 

 

Gəncə şəhərində də bu tarixi günlə bağlı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunublar. Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər.

 

 

Qeyd edək ki, Bakının işğaldan azad olunması üçün Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam ordusu 102 il əvvəl Gəncədən Bakı istiqamətində hərəkətə keçmişdi.


Xəbər lenti