Xəzər Xəbər

Avtobuslarda sıxlıq azaldı VİDEO

Veb TV | 21:34 • 14 Sentyabr 2020
Avtobuslarda sıxlıq azaldı

Metronun açılması ən çox avtobusdan istifadə edən sərnişinlərin işinə yarayıb. Artıq avtobuslarda əvvəlki sıxlıq nəzərə çarpacaq dərəcədə azalıb. Buna baxmayaraq xətlərdəki avtobusların sayı azaldılmayıb. Məqsəd sərnişinlərin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir.

 

 

Metronun uzun bir aradan sonra bu gün açılması avtobuslarda sərnişin sıxlığını əməlli-başlı aşağı salıb. Xüsusilə şəhər daxilində sərnişin daşıyan avtobusların yükü xeyli azalıb. Hər reysdə içi sərnişinlə dolu olan avtobuslarda fərq bu gün özünü göstərib.

 

 

Sərnişin sayı az olmasına baxmayaraq hələlik xətlərdəki avtobusların sayı azaldılmayıb.

 

 

Metronun fəaliyyətini bərpa etməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Bildirilir ki, mövcud epidimioloji vəziyyət və sərnişinlərdən daxil olan müraciətlərə uyğun olaraq ekspers avtobuslar da fəaliyyətini davam etdirəcək. üstəlik daşıyıcı şirkətlər qarşısında tələb qoyulub ki, mövcud vəziyyət və sərnişinlərin müraciəti nəzərə alınaraq avtobus sayını azaltmasınlar.

Xəbər lenti