Xəzər Xəbər

Ət satışı məntəqələrinə nəzarət gücləndirilib - VİDEO

Veb TV | 19:41 • 31 İyul 2020
Ət satışı məntəqələrinə nəzarət gücləndirilib -

Heyvanlar sifariş olunan siyahıya uyğun kəsilir və ətlər maşınlara yüklənərək daşınır...

Xezerxeber.az-ın məlumatına görə, söhbət qurbanlıq heyvanların kəsimi məntəqəsindən gedir.

Bu il yalnız xüsusi icazəsi olan məntəqələrdə qurbanlıq heyvanların kəsilməsinə icazə verilib. Buraya kəsim üçün vətəndaşların özləri müraciət etmir. Vətəndaşlar qurbanlıq heyvan almaq üçün təyin olunmuş məntəqələrə sifariş verir və elə oradan da kəsilmiş cəmdəyi təhvil alır.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da kəsim prosesinə və sanitar-gigiyenik normalara nəzarət edirlər.

Ətlərin daşınmasını kəsim aparan məntəqə soyuduculu yük maşınları vasitəsilə həyata keçirir.

Bu gün Qurban bayramı ilə əlaqədar ət satışı məntəqələrinə də nəzarət gücləndirilib və xüsusi icazəsi olmayan məntəqələrdə heyvan kəsilməsinə icazə verilməyib. Keçirilən reydlər zamanı paytaxtın Xətai rayonunda qanunsuz kəsim məntəqəsi aşkarlanıb. Nəsrəddin Tusi küçəsində yerləşən ət satışı məntəqələrindən birində qanunsuz şəkildə kəsim prosesinin aparıldığı məlum olub. Obyektə baxış zamanı antisanitar vəziyyətdə kəsim aparılmaqla yanaşı, karantin qaydalarının pozulduğu da müəyyən edilib. Obyektin sahibi və oradakı qəssablara karantin rejiminin qaydaları izah edilib, onların barəsində inzibati protokol tərtib olunub.

Bu cür reydlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti