Xəzər Xəbər

Süni tənəffüs aparatına bağlı qalan koronoviruslu xəstə sağalıb - VİDEO

Veb TV | 23:34 • 6 İyul 2020
Süni tənəffüs aparatına bağlı qalan koronoviruslu xəstə sağalıb -

Bu gün 12 gün süni tənəffüs aparatına bağlı qalan koronoviruslu xəstə sağalaraq evə buraxılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bəhruz Məhərrəmovun vəziyyəti xəstəxanaya gətiriləndə çox ağır olub, amma indi o özünü yaxşı hiss edir.

Həkim Xəyal Məmmədov da xəstənin əvvəllər vəziyyətinin çox ağır olduğunu deyib. Ancaq müalicə müsbət nəticə verib.

İndiki vəziyyətdə bu virusun qarşısını almaq üçün yeganə yol maskadan istifadə, gigiyenik tədbirlər və sosial məsafədir. Bunlara riayət edildiyi halda xəstələnənlərin sayı getdikcə azalacaq. Bu da imkan verəcək ki, bütün xəstələr tamamilə tibbi yardım alaraq sağalıb evə buraxılsınlar. Elə Bəhruz Məhərrəmov kimi...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar