Xəzər Xəbər

Abonent qaz xəttinin yerini dəyişdirən zaman nə etməlidir? - VİDEO

Veb TV | 18:44 • 29 İyun 2020
Abonent qaz xəttinin yerini dəyişdirən zaman nə etməlidir? -

İcazəsiz qaz xəttininə müdaxilə edən şəxs xeyli sayda abonenti qazsız qoyub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında Novxanı qəsəbəsində baş verib.

Bağ massivində vətəndaş Sumqayıt qaz istismarı sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.

''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib ki, həmin şəxs qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb. Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polisə məlumat veriblər. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb. Bəs abonentlər mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərkən nə etməlidir?

Qaz xəttinin yerinin dəyişdirilməsi podratçı şirkət tərəfindən abonentlə bağladıqları müqavilə əsasında həyata keçirilir. Ödəniş də podratçı şirkətə verilir. Ceyhun Səfərov deyib ki, qanunsuz şəkildə qaz xəttinə müdaxilə etmək olduqca təhlükəlidir. Çünki qazın verilişi dayandırılsa da borularda qalan qaz böyük partlayışa səbəb ola bilər. Bəs belə faktlar aşkar edildikdə ''Azəriqaz '' İstehsalat Birliyi həmin şəxslərlə bağlı hansı tədbir görür?

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı toplanmış material və fotoşəkilləər sübut kimi polisə verilib. Təkcə cari ilin 6 ayı ərzində Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 80-ə yaxın belə fakt aşkar olunaraq aktlaşdırılıb və hüquq mühafizə orqanlarına məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti