Xəzər Xəbər

"Portu"nun oyununda qalmaqal azarkeşlər irqçi şüarlar səsləndirdi - VİDEO

Veb TV | 15:21 • 17 Fevral 2020
"Portu"nun oyununda qalmaqal

Portuqaliya Premyer Liqasının 21-ci turunda keçirilən "Vitoriya Qimaraynş" - "Portu" görüşündə xoşagəlməz hadisə baş verib.

Meydan sahiblərinin fanatları "Portu"da oynayan sabiq hücumçuları Mussa Mareqaya qarşı irqçilik ediblər.

Oyun ərzində sakitləşəməyən irqçi azarkeşlərə futbolçu 61-ci dəqiqədə vurduğu qolla cavab verib. Malili futbolçu qoldan sonra tribunadakı azarkeşlərə dərisinin rəngini göstərib və ardınca qeyri-etik jest edib.

Bundan sonra yerli fanatlar meymun səsləri çıxarmağa başlayıblar. Bəziləri isə oturacaqları qırıb, meydana atıblar. Hakimə etiraz edən 28 yaşlı futbolçu sarı vərəqə alıb.

Əvəzlənmək istəyən futbolçunu komanda yoldaşları meydanda saxlamaq istəsələr də, Mareqanı fikrindən daşındırmaq mümkün olmayıb.

"Portu"nun çalışdırıcısı Serjio Konseysau hələ isinmə hərəkətləri zamanı azarkeşlərin irqçi şüarlar səsləndirdiyini mətbuat konfransında bildirib.

Mareqa oyundan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:

"Stadiona gəlib, irqçi şüarlar səsləndirən axmaqlara demək istəyirəm kigedin özünüzü... Hakimlərə məni müdafiə etmədikləri və sarı vərəqə verdikləri üçün təşəkkür edirəm. Çünki mən dərimin rəngini müdafiə edirdim. Ümid edirəm ki, sizi futbol meydanında bir daha görməyəcəm. Siz futbola sığmayan adamlarsınız".



Xəbər lenti