Çində yayılan koronavirusla mübarizə aparan həkimlər əsl qəhrəmanlıq nümayiş etdirib.
Saatlarla fasiləsiz çalışan həkimlər xəstəxanada yerlərdə yatır.
Virusun sürətlə yayıldığı ölkədə həkimlər mübarizə üçün əllərindən gələnləri edir. Bir həkim 36 saat fasiləsiz işlədiyi üçün huşunu itirib və yıxılıb.
Sosial şəbəkələrdə tibb işçilərin necə səylə çalışdığını göstərən kadrlar yayılıb.
Hətta ölümlərdən təngə gələn bəzi tibb işçiləri əsəb sarsıntısı keçirib.
BAKU.WS