Xəzər Xəbər

Turizm şirkətləri vətəndaşları necə aldadır? VİDEO

Veb TV | 19:49 • 29 Dekabr 2019
Turizm şirkətləri vətəndaşları necə aldadır?

Artıq bir neçə gündür ki,erkən rezervasiya ilə turpaketlərin satışına başlanılıb. İndidən turpaket alıb qənaət etmək istəyənlər diqqətli olun. Son illərdə belə turpaketlərə maraq artdığından bəzi turizm şirkətləri fırıldağa əl atırlar. Beləki qiyməti aşağı təklif edərək ilkin ödənişin 30-40 faizini öncədən alıb bileti isə uçuşdan bir neçə gün əvvəl verəcəklərinin bildirirlər. Mövsüm başlayanda isə artıq həmin şirkətləri tapmaq olmur.

İlkin ödənişin 30-40 faizini öncədən alan bəzi turizm şirkətləri mövsüm vaxtı yoxa çıxırlar.Nəticədə vətəndaşlara külli miqdarda ziyan dəyir.

Hər il bu aylarda elan edilən və iki aya yaxın bir müddət çəkən erkən rezervasiya endirimlərinə son illər geniş tələbat var.Marağın artdığını görən bəzi turizm şirkətləri bundan istifadə edərək saxta turpaketlər hazırlayıb vətəndaşlara ucuz qiymətə satırlar.Ödənişin bir hissəsini əvvəlcədən alıb bilet və otel vauçerini isə uçuşdan bir neçə gün əvvəl verəcəklərini vəd edirlər.Müəyyən edilən tarixdən bir neçə gün əvvəl isə artıq həmin şirkətləri tapmaq olmur.

Turizm üzrə ekspert Elgün Babayev bildirir ki,belə turpaketlər adətən mövsümün son aylarına təyin edilir.Vətəndaş isə heçbir halda adına otel və təyyarə bileti bron edildiyini öyrənə bilmir.Eskpert bildirir ki,aldadılmamaq üçün vətəndaşlar mütləq qaydada bəzi nüanslara diqqət etməlidir.

Məsələylə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə xəzərxəbərə bildirdi ki,bu tipli şikayətlər son illər artmaqdadı.Onun sözlərinə görə,turizm şirkətlərinə lisenziya tələbinin aradan götürülməsi ilə onların sayı sürətlə artıb.BEləki hazırda ölkədə 3000 -ə yaxın turizm şirkəti fəaliyyət göstərir.Kənan Quluzadə bildirdi ki,Problemin aradan qaldırılması üçün milli məclisə yeni qanun layihəsi təklif edilib.Bununla bərabər vahid turizm reyestrinin yaradılması planlaşdırılır.Mülki sığorta ilə bağlı qanuna əsasən vətəndaş turizm şirkəti bağlandığı və ya iflas etdiyi hallarda ona dəyən ziyanı tam geri ala biləcək.

Xəbər lenti