Xəzər Xəbər

"Barselona" uduzdu, lider dəyişdi VİDEO

Veb TV | 13:08 • 22 Sentyabr 2019
"Barselona" uduzdu, lider dəyişdi

İspaniya La Liqasında V turun oyunları keçirilir.


"Barselona" ötən gün "Qranada"nın qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Ramon Aziz və Alvaro Vadillo (penalti) imza atıb.


Bu qələbədən sonra "Qranada" 10 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. 4 oyun keçirən "Sevilya" və 5 oyun keçirmiş "Atletiko"nun da 10 xalı var. "Barselona" isə 7 xalla 7-ci pilləni tutur.

"Qranada" - "Barselona" - 2:0

Qollar: Ramon Aziz, 2, Alvaro Vadilyo, 66 (pen.)

Xəbər lenti