Xəzər Xəbər

Qaz sızması partlayışa səbəb oldu - 6 nəfər xəsarət aldı - VİDEO

Veb TV | 20:50 • 27 İyul 2019
Qaz sızması partlayışa səbəb oldu -

Sumqayıt binada qaz sızması baş verib. Qaz istismarı idarəsinin əməkdaşları problemi həll etmək istədikdə isə partlayış baş verib. Hadisə zamanı 6 nəfər xəsarət alıb.

Qaz sızması partlayışa səbəb olub, 6 nəfər xəsarət alıb.

Hadisə Sumqayıtda, şəhəri 1-ci mikrorayon ərazisində baş verib. Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan binadan qaz sızması barədə məlumat daxil olub. Qəza Dispetçer Xidmətinin əməkdaşları da problemlə bağlı həmin ünvana baş çəkiblər. Hadisə də elə həmin vaxt baş verib. 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan partlayış qeydə alınıb. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alanlardan birinin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Vüqar Rəhmanov isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, sonra paytaxtdakı Yanıq Mərkəzinə göndərilib. Digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Sumqayıt Qaz İstismar Sahəsin baş mühəndisi Teymur Balıyev "Xəzər Xəbər"ə bildirib ki, ərazidə qaynaq işləri aparan əməkdaşlar birinci mərtəbədə qaz xəttini bağlayıblar. Lakin 5-ci mərtəbəyə qalxan qaz kütləsi çıxış imkanının məhdudluğundan partlayışa səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti