Xəzər Xəbər

Qarpız-yemiş niyə bahadır? - VİDEO

Veb TV | 19:28 • 14 İyul 2019
Qarpız-yemiş niyə bahadır? -

Bostanlarda 25 qəpikdən təklif edilən qarpızın 1 kiloqramı satış məntəqələrində iki dəfə baha satılır.

Xezerxeber.az-ın məlumatına görə, qarpız mövsümünün hazırki ən qızğın vaxtında bu məhsulun bir kilosu 40-50 qəpikdən satılır.

Satıcılar hesab edir ki, bu ötən ilin qiymətləri ilə müqayisədə 20-30 qəpik daha ucuzdur. Lakin alıcılar qiymətlərin hələ də yüksək olduğunu bildirir.

Qeyd edək ki, 2-3 il qabaq qarpız hətta 20-25 qəpiyə satılırdı. Ancaq satıcılar bildirir ki, bəzi səbəblərə görə qarpızın qiymətində ucuzlaşma gözlənilmir.

Yemişlərin qiyməti isə kilosu 60 qəpikdən başlayır və 2 manata qədər yüksəlir.

Ekspertlər isə bildirir ki, ötən ilə nisbətən bu il məhsul bolluğu səbəbilə qiymətlərdə nisbətən enmə müşahidə edilir. Ancaq yenə də qiymətlər 2-3 il öncəki səviyyəsində, yəni 20-30 qəpik arasında deyil. Bunun əsas səbəbləri qarpız sahələrinin azalması və kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi sənaye məhsullarının qiymətində olan artımlardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti