Xəzər Xəbər

Güclü külək dənizdə çimənlər üçün təhlükə deyil - VİDEO

Veb TV | 19:20 • 13 İyul 2019
Güclü külək dənizdə çimənlər üçün təhlükə deyil -

Dünəndən etibarən paytaxt ərazisində güclü şimal küləyi müşahidə olunur. Xüsusilə çimərliklərdə küləyin sürəti daha yuxarı həddədir. Amma xəbərdarlıqlara baxmayaraq, belə havada çimərliklərə üz tutanlar da az deyil. Fövqəladə Hallar Nazirlyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Ximdəti vətəndaşları diqqətli olmağı, belə havalarda çimərliklərə mümkün qədər getməməyi tövsiyə edir.

Xezerxeber.az-ın məlumatına görə, havanın küləkli, dənizin isə dalğalı olmasına baxmayaraq, insanlar əyləncələrindən qalmırlar. Kimi sahildə özünü günə verir, kimi isə dənizin daha dərin yerlərində üzür.

Söhbət paytaxtın Türkan çimərliyindən gedir. İstiqaməti dənizə olan şimal küləyi sahilə doğru üzənlər üçün çətinlik yaradır.

Çiməriliyə gələnlər isə bildirirlər ki, əksəriyyəti dənizə ancaq həftəsonları gələ bilir. Ona görə də havaların küləkli olmasına o qədər də əhəmiyyət vermirlər.

Qeyd edək ki, sabah da Abşeron çimərliklərində güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-24 dərəcə isti təşkil edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti