Xəzər Xəbər

“Şalke”nin yeni baş məşqçisi bəlli olub

Veb TV | 14:37 • 10 May 2019
“Şalke”nin yeni baş məşqçisi bəlli olub

Almaniyanın "Şalke” futbol klubunu yeni mövsümdən çalışdıracaq baş məşqçi bəlli olub.


Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi 47 yaşlı David Vaqnerlə 2022-ci ilin iyununadək müqavilə imzalayıb. O, yayda yeni klubunda işə başlayacaq.


Mart ayında baş məşqçi Domeniko Tedosko ilə yollarını ayıran "Şalke” klubunu cari mövsümün sonunadək Huub Stevensin çalışdıracaq. Komanda hazırda Bundesliqanın turnir cədvəlində 31 xalla 15-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, D.Vaqnerin son çalışdırdığı klub "Haddersfild” olub.

Xəbər lenti