Xəzər Xəbər

"İçərişəhər" Qoruq İdarəsindən BƏYANAT: Yalandır... - VİDEO

Veb TV | 19:30 • 25 Aprel 2019
"İçərişəhər" Qoruq İdarəsindən BƏYANAT:

Son günlər sosial şəbəkələrdə İçərişəhər qoruğu ərazisində Qoşa Qala divarlarının dağıdılması və onun yerində iaşə obyektlərinin tikilməsi ilə bağlı məlumatlar dolaşır. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi yayılan məlumatlara aydınlıq gətirib. İdarənin mətbuat katibi yayılan məlumatların əsassız olduğunu bildirib. Əməkdaşlarımız bugün ərazidə olublar və hazırlanan süjeti təqdim edirik.

''İçərişəhər qoruğu ərazisində söküntü işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır və Formula-1 yarışları ərəfəsində süni şəkildə yayılır''. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri qeyd edib ki, yayılan xəbərlər qərəzli addımların bir hissəsidir.

O bildirib ki, idarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarliq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Rahib Azərinin sözlərinə görə rekonstruksiya aparılan ərazidə əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Burada köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb.

Rahib Azəri sosial şəbəkələrdə yayılan və qala bürcünün söküldüyünü göstərən şəkillərə də münasibət bildirib

RahibAzəri vurğulayıb ki, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu xalqın mədəni sərvətidir və qorunaraq gələcək nəsillərə ötürüləcək.

Xəbər lenti