Xəzər Xəbər

Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" tituluna sahib çıxdı - VİDEO

Veb TV | 10:15 • 21 Aprel 2019
Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" tituluna sahib çıxdı -

Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən "WBA Continental” titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

"Report" xəbər verir ki, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" tituluna layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti