Xəzər Xəbər

Çində GÜCLÜ PARTLAYIŞ: 47 ölü, 640 yaralı - VİDEO

Veb TV | 10:17 • 22 Mart 2019
Çində GÜCLÜ PARTLAYIŞ:

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb.

"RİA-Novosti" agentliyi xəbər verir ki, bu haqda Yançen şəhərinin meri Sao Lubao mətbuat konfransında bildirib.

Məlumata görə, 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkən çatdırılıb. Onlardan32-i kritik vəziyyətdə, 58-i isə ağırdır. Hazırda lazımı tibbi yardımın göstərilməsinə 3,5 min tibbi işçisi cəlb edilib.

Partlayış vaxtı zavodda nə qədər adamın olduğu dəqiq bilinmir. Ona görə də ölü və yaralı sayının artma ehtimalı var.

Partlayış 2,2 ballıq zəlzələ effkti yaratdığı bildirilir.

publika.az

Xəbər lenti