Xəzər Xəbər

Təyyarədə əlbəyaxa dava düşdü: SƏBƏBİ HƏR KƏSİ TƏƏCCÜBLƏNDİRƏCƏK - VİDEO

Veb TV | 15:52 • 20 Mart 2019
Təyyarədə əlbəyaxa dava düşdü:

Qlazqodan Tenerifeyə uçan "Ryanair” təyyarəsinin sərxoş sərnişinləri ayaqqabısız qadına görə dava salıblar.

XəzərXəbər Qafqazinfo.az-a istinadən xəbər verir ki, kişilərdən biri təyyarənin göyərtəsində ayaqyalın gəzən qadına kobud şəkildə xəbərdarlıq edib. Gənclərdən biri isə bu kobudluğuna görə ona irad bildirib. Söz savaşı daha sonra davaya çevrilib.

Lentə alınmış görüntüdə kişilərdən birinin üzündə qan izləri görünür. Tenerifedə eniş edən laynerin sərxoş sərnişinləri polis tərəfindən saxlanılıb. İnsident araşdırılır.

Xəbər lenti