Xəzər Xəbər

Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 20:24 • 22 Fevral 2019
Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək -

Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək. Hazırda yeni sistemin tətbiqinə "Nərimanov" elektrik deposundan başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, yenilik nəticəsində tunellərdəki çoxsaylı elektromexaniki avadanlıqlara ehtiyac qalmayacaq. Bu texnologiya regionda ilk dəfə Bakıda tətbiq olunacaq. Özəlliyi ondan ibarətdir ki, qatarların hansı vaxtda xəttə çıxmalı oldugu, harada olduğu, hansı dayanacaqda dayanmalı olduğu və digər məsələlər bu sistemlə təyin ediləcək.

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyir ki, elektrik deposunda radiodalğa sisteminin quraşdırılması bu ilin iyul ayında yekunlaşdırılacaq. Bununla yanaşı

metrodakı ventilyasiya sistemi təkmilləşdiriləcək. Süni havalandirma avadanlıqları ilkin olaraq 3 şaxtada quraşdırılacaq. Bundan əlavə qatar parkı da yenilənəcək.

Ceyhun Səlimov küçəsində yerləşən stansiyada da işlər tam gücü ilə davam edir. Bu stansiya istifadəyə veriləndə həmin stansiyanin nəzdində dizel elektrik stansiyası da fəaliyyətə başlayacaq. Baki şəhərində elektrik sistemində hər hansı problem yaranarsa, həmin stansiya işə düsəcək və metro fəaliyyətini minimal tələblər səviyyəsində davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar