Xəzər Xəbər

Şamaxıda zəlzələdən zərər çəkən ailələr üçün yeni evlər tikilir - VİDEO

Veb TV | 20:07 • 22 Fevral 2019
Şamaxıda zəlzələdən zərər çəkən ailələr üçün yeni evlər tikilir -

Fevralın 5-dən 6-a keçən gecə Şamaxıda baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın şəhər ərazisində araşdırılması işi yekunlaşır. Artıq kəndlərdə baxışlar aparılır.

Xezerxeber.az-ın məlumatına görə, rayon ərazisində təkcə evlər yox, digər tikili və obyektlər də araşdırılır.

Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyevin sözlərinə görə, təkcə şəhər ərazisində 2043 evə ziyan dəyməsi barədə müraciət daxil olub. Ümumilikdə isə 2209 müraciət var. Bunların hamısına baxış olub və 136 evin qəzalı olması dəqiqləşib.

Digər tərəfdən də söküntü və tikinti işləri aparılır. Artıq rayonda 2 evin tikintisinə start verilib.

Hazırda komissiya üzvləri Şamaxı şəhərində araşdırmalarını yekunlaşdırmaq üzrədir. Komissiyanın bir neçə qrupu kəndlərdə baxışlara başlayıblar və dəyən ziyanın miqyası müəyyənləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti