Xəzər Xəbər

Dəhşət! Gecə saat 4-də mesaj gəldi 20 illik imam və həyat yoldaşı... - VİDEO

Veb TV | 13:45 • 22 Fevral 2019
Dəhşət! Gecə saat 4-də mesaj gəldi

Türkiyə, Manisanın Gördes rayonunda 20 illik imam olduğu öyrənilən Həsən Arslan (52) və xanımı Fatma Arslan (49) evlərindən 35 kilometr uzaqda bir pəyədə ayaqları bağlı halda, ov tüfəngilə vurulmuş vəziyyətdə ölü tapılıb.

Manisa Gördes rayonuna bağlı çöl Karayağcı Məhəlləsindəki məsciddə 20 ildir ki, imamlıq edən Həsən Arslan ilə həyat yoldaşı Fatma Arslan, saat 08.30 sıralarında, oturduqları evlərinə 35 kilometr məsafədəki kənd Benliali Məhəlləsindəki bir pəyədə, yaxınları tərəfindən qanlar içində ölü tapılıb. İmam və həyat yoldaşının meyitləri ilə qarşılaşan Arslan ailəsinin yaxınları tərəfindən hadisə jandarmaya bildirilib.

Hadisə yerinə gələn jandarm dəstələri ayaqları bağlı olan cütlüyün boğazlarının altından ov tüfəngilə vurulmuş olduqlarını müəyyən edib.

Hadisə ilə bağlı istintaq başladan jandarm dəstələri, 2 uşaq anası Fatma Arslanın cib telefonundan bu gün səhər saat 04.00 radələrində, qardaşının qızına "intihardan heç kim məsul deyil" yazılı bir mesaj göndərildiyini, mesajı səhər oyananda fərq edən yaxınlarının da əvvəl evlərinə, sonra da nəzarət üçün getdikləri pəyədə cütlüyün cəsədləri ilə qarşılaşdıqlarını təsbit edib.

Cütlüyün ayaqlarının bağlı olması səbəbindən ölümləri şübhəli olan cütlüyün cəsədləri, meyitin yarılması üçün İzmir Adlı Tibb Təşkilatı meyitxanasına aparılıb.

Jandarmın faktla bağlı araşdırması davam edir./Metbuat.az


Xəbər lenti

Çox oxunanlar