Ukraynanın Xarkov şəhərində təhsil alan Buket Yıldız və Zeynəb Hüsünbəyi öldürən Hüsnü Can Çökmez gizləndiyi Kurtköydə atasının məzarı üstündə tutulub.
"Qafqazinfo” "Hürriyet”ə istinadən xəbər verir ki, caninin üzərində tapança və bıçaq aşkarlanaraq götürülüb. Çökməz polis bölməsinə aparılıb.
Qeyd edək ki, Buketin keçmiş sevgilisi olan Hüsnü Can Çökmez tələbə qızları bıçaqlayaraq qətlə yetirib.