Xəzər Xəbər

Uğurlu Horadiz əməliyyatının 25 illiyi qeyd olunub - VİDEO

Veb TV | 20:22 • 5 Yanvar 2019
Uğurlu Horadiz əməliyyatının 25 illiyi qeyd olunub -

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarlarını ziyarət ediblər.

Hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Horadiz əməliyyatı ilə 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi düşmən işğalından azad edilib. Horadiz əməliyyatının davamı olan aprel döyüşlərindən sonra düşmən hələ də özünə gələ bilməyib.

Qeyd edək ki, 1993-cü ilin dekabrından başlayaraq 1994-cü ilin fevralına kimi davam edən hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilib. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə bir neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar