Xəzər Xəbər

Ümummilli lider Heydər Əliyevin xatirəsi bölgələrdə yad edilib - VİDEO

Veb TV | 20:58 • 12 Dekabr 2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi bölgələrdə yad edilib -

Ümummilli lider Heydər Əliyevin xatirəsi bölgələrdə də yad edilib. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anım günü Gəncədə izdihamla qeyd olunub.

Səhər saatlarından şəhər sakinləri - ziyalılar, ağsaqqallar, tələbə-gənclər və şəhərin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Gəncənin baş meydanına toplaşıblar. Anım mərasiminə toplaşanlar ulu öndərin əzəmətli abidəsi önündə ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.

Doğma xalqı ulu öndəri Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirib.

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Sumqayıtda da böyük izdihamla qeyd olunub. Şəhər rəhbərliyi, ictimaiyyət, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkilləri, şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Mingəçevirdə də anım mərasimi keçirilib. Böyük insan izdihamı müşahidə olunan tədbirdə, şəhər ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin əməkdaşları ulu öndərin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Respublikamızın hər yerində olduğu kimi Lənkəranda da ulu öndər Heydər Əliyev böyük ehtiramla anılıb. Səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək dahi rəhbərin xatirəsəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti