Xəzər Xəbər

Misirdə hamilə qadına aid 3700 illik məzar tapılıb VİDEO

Veb TV | 14:44 • 19 Noyabr 2018
Misirdə hamilə qadına aid 3700 illik məzar tapılıb

Misirdə Asvan şəhəri yaxınlığında İtaliya-Amerika müttəfiqliyi ilə həyata keçirlən qazıntıda hamilə olaraq dəfn edilmiş qadın skeleti və pelvis bölgəsində başı aşağı vəziyyətdə duran fetusun qalıntılarını aşkarlayıblar. 

Bu barədə «National Geographic» Misir Tarixi Əsərlər Nazirliyinə istinadla xəbər verib.

Araşdırmalar zamanı 25 yaşlı hamilə qadına aid skletin e.ə.1750-1550-ci ilə aid olduğu müəyyən olunub. Elm adamları fetusun başıaşağı formada olmasını ana və uşağın doğum əsnasında ölə biləcəyinə işarət etdiyini və əldə olunan dəlilləri antik dönəmlərdə hamiləlikdə ana ölümləri ilə bağlı ip ucları ortaya qoyduğunu bildiriblər.

Florida Universitetinin professoru Sandra Wheeler həmin dönəmə aid bir qadının daxilində fetusla tapılmasını çox nadir hadisə adlandırıb./faktxəbər

Xəbər lenti

Çox oxunanlar