Xəzər Xəbər

Bakıda 51 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib - VİDEO

Veb TV | 20:15 • 15 Noyabr 2018
Bakıda 51 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib -

Bakıda 51 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Yasamal rayonu İzmir küçəsində baş verib. 51 yaşlı İradə Mütəllimovanın kirayədə qaldığı evdən meyti tapılıb. Polisə məlumat daxil olan kimi dərhal hadisə yerinə polislə yanaşı prokurorluq orqanlarının əməkdaşları da gələrək araşdırmalara başlayıblar.

İradə Mütəllimovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Qonşuların verdiyi məlumata görə, İradə Mütəllimova həmin evdə tək qalırmış. Ara-sıra harasa gedib gəlsə də, qonşularla ünsiyyəti olmayıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. İradə Mütəllimovanı qətlə yetirən şəxsin axtarışı davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti