Xəzər Xəbər

Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi VİDEO

Veb TV | 12:02 • 11 Noyabr 2018
Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında Azərbaycan idmançısı Bəxtiyar Abbasov (82 kq) həyati təhlükə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, döyüş sambosunda mübarizə aparan Abbasov 1/8 finalda erməniDavid Petrosyanı 11:3, 1/4 finalda belarusluYevgeni Aleksiyeviçi tuşe fəndi ilə yenib.

Vaxtı ilə sambo üzrə Dünya Kubokunu başı üzərinə qaldırmış Abbasov bu nəticə ilə A qrupunun qalibi olub. O, yarımfinalda B qrupunun qalibi olan ikiqat dünya çempionu rusiyalıDmitri Samoylovu iki dəfə yerli həkimlərə müraciət etməyə məcbur etsə də, sonda 3:7 hesabı ilə uduzub.

Nəticədə idmançımız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılıb. O, bürünc medal uğrunda görüşdə koreyalıTaeqeun Kimlə görüşdə rəqibini fəndə salmaq istəsə də, özü fəndə düşüb. Koreyalı samboçu idmançımızı boğucu fəndlə məğlub edib.

Bundan sonra idmançımız bir neçə saniyə huşsuz vəziyyətdə döşəkdə qalıb. Dərhal millimizin baş məşqçisiBəxtiyar Hacıyevvə tibb işçiləri Bəxtiyar Abbasova ilk yardımı göstərib. Hətta hakimlərdən biri və rəqib idmançı da Abbasova kömək etməyə çalışıb. Xoşbəxtlikdən, tezliklə Abbasov özünə gəlib.

Xəbər lenti