Xəzər Xəbər

34 manatlıq cəriməyə görə polisin gözü önündə avtomobilini yandırdı VİDEO

Veb TV | 11:30 • 11 Noyabr 2018
34 manatlıq cəriməyə görə polisin gözü önündə avtomobilini yandırdı

Türkiyənin Karabük bölgəsində qəribə hadisə baş verib.

Karabük-Yenicə avtomobil yolu istiqamətində hərəkət edən bir avtomobil jandarmanın keçirdiyi reydlər çərçivəsində saxlanılıb.

Avtomobilin faralarında çatışmazlıq olduğuna görə, jandarm dəstəsi sürücüyə 108 tl (34 azn) cərimə yazıb.

Sürücü nəzarət nöqtəsindən ayrıldıqdan təxminən yarım saat sonra yenidən oraya qayıdıb. O, cərimə yazan jandarma nümayəndəsinə etiraz olaraq avtomobilinin içinə benzin tökərək yandırıb. Dərhal əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Avtomobilini yandıran şəxs saxlanılıb./publika.az

Xəbər lenti