Xəzər Xəbər

Nazir müavini şəhid ailələrinə veriləcək ödənişlərdən DANIŞDI: İlin sonuna qədər... VİDEO

Veb TV | 20:54 • 7 Noyabr 2018
Nazir müavini şəhid ailələrinə veriləcək ödənişlərdən DANIŞDI: İlin sonuna qədər...

Bugünədək Dövlət Sığorta Kommersiya Şirkəti şəhid hərbi qulluqçulara birdəfəlik ödənişlərin verilməsi ilə bağlı 200-dən çox şikayət daxil olub. Bu barədə Şirkətin sədr müavini Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu şikayətlərin 30 faizə yaxınına cavab verilib və qalanına da araşdırılıb cavab veriləcək. O, şikayətlərin çoxunun əsassız olduğunu deyib.

Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə indiyədək nazirliyə daxil olan müraciətlərin sayını açıqlayıb və bildirib ki, ödəniş üçün seçilən vərəsələrə pulların verilməsindən ötrü sənədlər maliyyə nazirliyinə göndərilib.

Onu da qeyd edək ki, şəhid hərbi qulluqçular üçün birdəfəlik 11 min manatlıq vəsaitin ödənilməsi ilə bağlı məsələ davamlı prosesdir və vəsaitlərin ödənilməsinin qalan hissəsi gələn il həyata keçiriləcək.

Xəbər lenti